Ərəblər amerikalıların başına oyun açdı (FOTO, VİDEO)
16.10.2015 660 0.0 0

Amerikanın CIA casusunun macəralarından bəhs edən “Homeland” (Vətən) serialı 3 ərəb dizaynerin qurbanı olub. Məlumata görə, serialın Berlindəki çəkiliş meydançasında divarlara ərəbcə şüarlar yazmaq üçün dəvət olunan ərəb dizaynerlər divarlara “Homeland”ı tənqid edən ərəbcə sözlər yazıblar. Buna səbəb kimi isə seialın ərəbləri və müsəlmanları pis nümayiş etdirməsi göstərilib. 

 

"Homeland" serialının afişalarından biri 

 

“Homeland”ın bu yay Almaniyada çəkilən seriyalarının bəzi hissələrində hadisələr Livandakı qaçqın düşərgələrindən birində cərəyan edir. Berlin şəhərində yaradılmış təmsili Livan küçələrində ərəb dilində bəzişüarlar yazmaq lazım gəlib. 

Ərəbcə divar yazıları üçün Almaniyada yaşayan ərəb əslli 3 dizaynerlə müqavilə bağlanıb. Şüarları yazmaq və həmin küçələri çəkilişlərə hazır vəziyyətə gətirmək üçün ərəblərə 2 gün vaxt verilib. Ərəb deizaynerlər isə divarlara “Homeland”serialını tənqid edən ərəbcə sözlər yazıblar:

 

 

“Homeland gülməli serialdır, amma biz gülmürük”, “Homeland heç serial da deyil”, “Biz özümüzü müdafiə etmədiyimiz üçün eşşəklə yola çıxanlar bizi ötdülər”, “Homeland irqçidir”, “İndi azadlıq üç ölçülüdür”, “Homeland yalançıdır” və s.

Adlarını Heba Amin, Karam Kep və Ston kimi təqdim edən ərəb dizaynerlər “Homeland” serialı irqçi olduğu və ərəb xalqı barədə pis imic formalaşdırmağa çalışdığı üçün bu yola getdiklərini açıqlayıblar. 

 

View post on imgur.com
 
Serialda hər müsəlmanın potensial təhlükə kimi göstərilməyə çalışıldığı da qeyd edilib. /anspress/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar