Yəməndə böhran yaranmasına baxmayaraq dünya birjalarında neftin qiyməti ucuzlaşır.
Məlumata görə, neftin dünya bazarındakı qiymətinin mənfi dinamikası davam edir.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,73 dollar ucuzlaşaraq 48,14 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri 0,41 dollar azalaraq 56,00 dollar olub.
Yəməndə bir müddətdir davam edən beynəlxalq hərbi əməliyyatlar nəticəsində neftin qiymətində ciddi bahalaşma müşahidə olunmuşdu. Səudiyyə Ərəbistanının liderlik etdiyi mütəffiqlər Səna şəhərinə ordu yeridərək ölkə daxili proseslərə müdaxilə edir. Mütəxəssislər hesab edir ki, Yəməndə vəziyyətin pisləşməsi Fars körfəzinə neftin nəqlində problem yarada bilər.
Ekspertlərin fikrincə, neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, yaxın zamanda mənfi dinamikanın istiqaməti tam əksə doğru dəyişə bilər./anspress/