Ərəb fondu `Rosneft`in səhmdarı ola bilər
26.12.2016 633 0.0 0

Rusiyanın ən iri neft şirkəti olan "Rosneft"in səhmdarlarının sayı arta bilər. Məlumata görə, bu barədə məlumat "Vedomosti" jurnalında dərc olunub.

Qeyd edək ki, cari ayın ilk günlərində Rusiyanın "Rosneft" şirkətinin 19,5% səhmləri 10,2 mlrd. avroya Qətər İnvestisiya Fondu və İsveçrənin "Glencore" şirkətindən ibarət konsorsiuma satılıb. Konsorsium əlindəki səhmlərin bir hissəsini satışa çıxara bilər. 

Qeyd edək ki, "Rosneft"in səhmdarları arasında Səudiyyə Ərəbistanının "Mubadala" Fondu yer almaq istəyib. Xatırladaq ki, özəlləşdirmə öncəsi "Rosneft" ABŞ, Avropa, Asiya-Sakit okean bölgəsindən 30-a yaxın fond, şirkət və maliyyə institutları ilə danışıqlar aparıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar