Qvatemala İsraildəki səfirliyini Qüdsə köçürür
25.12.2017 748 0
Qvatemala prezidenti Cimmi Morales ölkənin İsraildəki paytaxtını Qüdsə köçürdüyünü bəyan edib.
Məlumata görə, prezident bu barədə “Facebook” sosial şəbəkəsində yazıb.
“Bu gün İsrailin baş naziri Benyamin Netanyahu ilə söhbət etmişik. Əsas məsələlərdən biri Qvatemalanın səfirliyinin Qüdsə qayıtması olub. Xarici işlər nazirinə artıq bu məsələ ilə bağlı öz göstərişlərimi vermişəm”, deyə Morales bildirib.
Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.
Sənədin lehinə 128, əleyhinə isə 9 ölkə səs verib, 35 ölkə bitərəf qalıb./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər