Quterriş Yəmənin bombalanmasını dayandırmağa çağırıb
04.12.2017 549 0.0 0

 BMT-nin baş katibi Antoniu Quterriş Yəmənin bombardımanına son qoymağa çağırıb. O, əhaliyə yardım göstərilməsinə imkan vermələri üçün toqquşmaları dayandırmaq çağırışı ilə münaqişə tərəflərinə müraciət edib.

Məlumata görə, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrikə istinadən TASS məlumat yayıb.

"Baş katib bütün münaqişə tərəflərini hava və yer əməliyyatlarını dayandırmağa çağırır", — deyə bəyanatda bildirilir.

BMT-də həmçinin tərəfləri təşkilat ilə dialoqa başlamağa çağırış edilib, o cümlədən münaqişənin hərbi yolla həlli variantının olmadığını bildirilir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar