Qusarda üçəm doğulub
25.12.2017 832 0
Qusar rayonunda üçəm doğulub.
Məlumata görə, Qusar rayon sakini Şəhla Əmirəliyeva doğuşla əlaqədar Qusar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib.
Vaxtında əvvəl doğulan körpələrə müvafiq tibbi yardım göstərilməsi üçün Quba Regional Perinatal Mərkəzinin əməkdaşları gecə saatlarında Qusara ezam olunub. Quba Regional Perinatal Mərkəzinin direktoru Şəhla Həsənova bildirib ki, uşaqlar dünyaya gələndən sonra mərkəzə gətirilib.
Körpələrdən 2-si qız, biri oğlandır.
Hazırda ananın və övladlarının vəziyyəti yaxşıdır./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər