“İclas başa çatdı. Qurban Qurbanov yekdil qərarla milli komandanın baş məşqçisi təyin olundu”. Apasport.az xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Toplantının əsas müzakirə mövzusu milliyə baş məşqçi təyin edilməsi məsələsi olub. İclasdan sonra jurnalistlərə açıqlama verən Abdullayev yeni çalışdırıcıya uğurlar arzulayıb.
Ardından Qurbanov yeni təyinatı ilə bağlı fikirlərini açıqlayıb: “Öncə Rövnəq müəllimə, və İcraiyyə Komitəsinin üzvlərinə təşəkkür edirəm. Futbolçu olanda da milliyə can atırsan, məşqçi olanda da. Hər bir məşqçinin arzusu yığmada işləməkdi. Bu inamı mənə göstərdiyi üçün hər birinizə təşəkkür edirəm. Bilirəm, çox məsuliyyətli işdi. Hamının gözü milli komandadadı. Azarkeşlərin fikirlərini, düşüncələrini yaxından eşitmişəm. Çox istəyirlər ki, milli daha uğurlu nəticələr əldə etsin. Mənim üçün böyük məsuliyyətdi. Çalışacağıq ki, AFFA ilə birgə daha yaxşı nəticə əldə edək. Bu, bir ayın işi deyil. Planlarımız uzun olacaq. Yavaş-yavaş irəli getməliyik ki, milli daha peşəkar olsun. Bu işin öhdəsindən gəlmək üçün əlimdən gələnin artığını etməyə çalışacam. Bir azərbaycanlı kimi çalışacam ki, daha yaxşı nəticələrə imza ataq”.