Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülüb.
Məlumata görə, Q.Həsənquliyevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib./Report/