Qubernatoru öldürdülər
15.06.2015 783 0
Əfqanıstanın şimal-şərqində yerləşən Taxar vilayətində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayətin qubernatoru və onun üç cangüdəni həyatını itirib.
Məlumata görə, polisin sözçüsü qubernator Həmidullah Haqconun vilayətin Aşkamış bölgəsində yoxlama məntəqələrinə baş çəkdiyi zaman qətlə yetirildiyini bildirib.
Talibanın sözçüsü Zəbihullah Mücahid bomba hücumuna görə məsuliyyəti qrupun öz üzərinə götürdüyünü bildirib. Qeyd edək ki, hadisə yüzlərlə yaraqlının Helmənd vilayətində təhlükəsizlik mənqələrinə hücum edərək 17 zabiti qətlə yetirməsindən bir neçə gün sonra baş verib./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər