QUBAD İBADOĞLU MUSAVATDAN XARİC OLUNDU
06.02.2015 1149 0.0 0

Qubad İbadoğlu: "Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi"

Müsavat Partiyasının keçmiş başqanlığa namizədi Qubad İbadoğlu partiya sıralarından xaric edilib. 
 Xəbərə görə, bu barədə Müsavat Divanının bu gün keçirilmiş iclasında qərar verilib.
 
Q. İbadoğlunun partiyadan çıxarılması ilə bağlı qərar 12 nəfər lehinə, bir nəfər bitərəf qalmaqla qəbul olunub. 
 
Müsavat başqanının müavini Elman Fəttah  açıqlamasında deyib ki, Q. İbadoğlu Müsavat Partiyası Nizamnaməsinin 1.9-cu bəndini, yəni partiya üzvünün partiyadaxili nizam-intizama əməl etmək, partiyanın nüfuzunu qorumaqla bağlı müddəasını kobud surətdə pozduğu üçün təşkilatın sıralarından xaric olunub.
 
Qubad İbadoğlu isə  açıqlamasında Divanın müzakirəsini "formal" adlandırıb: "Arqumentləri zəif olduğuna görə, videoçəkiliş aparılmasına icazə vermədilər. Mən əvvəlcədən belə bir qərar gözləyirdim. Bu qərarın sifarişi əvvəlcədən verilmişdi". 
 
O qeyd edib ki, onunla bağlı qərarı bir nəfər qəbul edib: "Çünki Müsavat Pasrtiyasını indi yalnız bir nəfər idarə edir". 
 
Q. İbadoğlu qərarı "yanlış və əsassız" adlandırıb. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar