Quaydo Maduro hökumətinə qarşı təzyiqin artırıldığını deyib
25.08.2019 507 0
Venesuela müxalifəti prezident Nikolas Maduronun vəzifədən getməsinə nail olmaq üçün hökumətə qarşı təzyiqi artırmaq niyyətindədir.
“TASS” agentliyinə istinadən xəbər verilir ki, belə bi açıqlamanı müxalifət lideri Xuan Quaydo şəxsi “Twitter” səhifəsində bildirib.
Biz öz hədəfimizə çatmaq üçün Karabobo ştatında təzyiqin artırılması, təşkilatçılıq və səfərbərlik mərhələsinə başlayırıq. Biz öz liderlərimizi və fəallarımızı bütün ölkədə venesuelalılarla əlaqə yaratmaları üçün küçələrə çıxmağa çağırırıq”, - Quaydo belə deyib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər