Qruşko generalların Bakı görüşünü şərh etdi
27.11.2019 565 0.0 0

Rusiya və NATO arasındakı qarşılıqlı əlaqələr davam etdirilməlidir.

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüşü şərh edərkən deyib.

“Bu görüş deeslakasiya, tərəflərin bir-birini doğru anlamaları baxımından olduqca faydalıdır. Lakin belə təmaslar olduqca azdır. Rusiya-NATO Şurası arasında bütün istiqamətlər üzrə qarşılıqlı əlaqələrin bərpası qaçılmazdır. Avropadakı bütün sağlam düşüncəli insanlar anlayır ki, Rusiya və NATO arasında geniş cəbhədə artan hərbi aktivlik dönəmində qarşılıqlı əlaqə kanallarını kəsib-atmaq öz ayağına atəş açmağa bənzəyir”, - deyə Qruşko bildirib.

Qeyd edək ki, Bakıda NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piiçlə Rusiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilib.

Tərəflər Avropanın təhlükəsizliyi, Rusiya-NATO təmas xəttində mümkün insidentlərin qarşısının alınması, hərbi ekspertlər arasında dialoqun bərpası perspektivi, həmçinin böhranlı bölgölərdəki vəziyyəti müzakirə ediblər.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar