Qorbaçov xəstəxanaya yerləşdirildi
23.04.2016 621 0.0 0

Keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov ağır vəziyyətdə paytaxt xəstəxanalarından birinə yerləşdirilib.

Məlumata görə, həkimlər 85 yaşlı eks prezidentin vəziyyətinin sabit olduğunu, ancaq onun səhhətində ağırlaşmanın ola biləcəyi mümkünlüyünü bildiriblər.

Qorbaçov Moskvanın ən yaxşı xəstəxanalarından birinin bağlı bölməsində ciddi nəzarət altında saxlanılır.
Tibbi dairələrdə olan mənbənin sözlərinə görə, bundan əvvəl bir neçə dəfə xəstəxanaya yerləşdirilən Qorbaçovun bu dəfə vəziyyətinin daha da kəskin olduğunu vurğulayıb.

Qorbaçov özü xəstəxanada olduğunu təsdiqləyib. Qorbaçovun adını daşıyan "Qorbaçov-Fond" nümayəndələri onun sağlamlıq vəziyyətinin həqiqətən ürəkaçan olmadığını qeyd ediblər.

 

             

Qorbaçov və Reyqan 

Keçən il Mixail Qorbaçov bir neçə dəfə özünü pis hiss etdiyindən xəstəxanaya yerləşdirilib. Eks prezident müəyyən müddət müalicə kursu keçdikdən sonra evə buraxılıb. 2014-cü il yayda Qorbaçov damarların bərpa kursu və oynaqların müalicəsi ilə əlaqədar xəstəxanada iki həftə keçirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar