Qorbaçov: «Keçmiş SSRİ ərazisində yeni ittifaq yaradıla bilər»
13.12.2016 1140 0.0 0

“Keçmiş SSRİ ərazisində yeni ittifaqın yaradılması istisna deyil”.

 

Məlumata görə, bunu TASS-a müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov deyib. Onun fikrincə, yeni ittifaqın yaranması ehtimalı var: “Sovet  İttifaqına yox! Yeni İttifaqa hə! Eyni sərhədlər daxilində və eyni tərkibdə, amma könülü şəklidə ittifaq yaranması mümkündür”.

 

Qeyd edək, 8 dekabr 1991-ci ildə Rusiya, Belarus və Ukraynanın liderləri Boris Yeltsin, Leonid Kravçuk və Stanislav Şuşkeviç SSRİ-nin fəaliyyətinin dayandırılmasına dair sənəd imzalayıblar. Onlar Müstəqil Dövlətlər Birliyinin yaradıldığını elan ediblər. 25 dekabr 1991-ci ildə isə Mixail Qorbaçyov SSRİ prezidenti vəzifəsindən istefa verib./APA/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar