Son zamanlar saç baxımında çox istifadə edilən arqan yağı həm də bir çox xəstəliyin müalicəsində də yararlı sayılır.
Hər zaman yaşıl qalan arqan ağacları 152-450 il arası yaşayır, boyları 10 metrə qədər uzana bilir. Arqan yağı bu ağacın fındıq boyda meyvələrindən əldə olunur.
Qocalma prosesini gecikdirən arqan yağının bu xüsusiyyəti tərkibində olan E vitamini ilə əlaqələndirilir. Qazeta.info Ailem.az-a əsasən arqan yağının faydalarını sadalayır:
- Qanda xolesterol və triqliserid səviyyəsini aşağı salır.
- Ürək-damar xəstəliklərini və xərçəng riskini azaldır.
- Revmatizm ağrılarını götürür.
- Hamiləlikdə yaranan qarın çatlarının qarşısını alır.
- Döş sallanmasını və boyun qırışlarını yox edir.
- Saçları nəmləndirir.
- Sədəf, eqzema kimi dəridə qızartı, səpmə, qaşıntı ilə müşahidə olunan dəri problemlərinə qarşı nəmləndirici və sakitləşdirici olaraq istifadə edilir.
- Yaraların tez sağalmasına kömək edir.