Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının Ramazan ayı ilə bağlı verdiyi fətvada AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinad etdiyi göstərilmişdir.
Qazeta.info xəbər verir ki, bu haqda QMİ Qazılar Şurasının yaydığı məlumatda qeyd edilib.
Məlumatda daha sonra bildirilir ki, bəzi insanlar bunu birmənalı qarşılamamış, sosial şəbəkələrdə Ramazan ayının Azərbaycanda aprel ayının 3-də başlayacağını qeyd ediblər. Bununla bağlı Rəsədxananın Elmi əlaqələr və Təşkilat şöbəsinin müdiri Kamal Hüseynovla əlaqə saxladıq.
K. Hüseynov açıqlamasında bildirdi ki, “Azərbaycan üfüqündə 01 aprel 2022-ci il tarixdə Ramazan hilalı 06.42-də doğmuşdur. Həmin gün 19.04-də Günəş batmış, 19.18-də isə Ay Günəşdən 14 dəqiqə gec batmışdır. Hilalın işıqlanması 0.2% olduğundan teleskopla müşahidə edilmişdir. Bu gün isə Günəş 19.05-da batacaq, Ay isə Günəşdən 1 saat 18 dəqiqə gec 20:23 də batacaqdır. Hilalın işıqlanması 2% olacaqdır. Adi gözlə Hilalı Azərbaycan ...