Qızıldan bəxtin olsun: Milyarderlərin həyat yoldaşları (FOTO)
30.12.2015 2040 0.0 0

“Forbes” jurnalı dünyanın ən zəngin cütlüklərinin siyahısını hazırlayıb. Milyarderlərin həyat yoldaşları, onların tanışlıq hekayələri bir-birindən maraqlıdır. 

Oxuculara bu siyahının ilk pillələrində qərarlaşan milyarderlərin seçimləri ilə tanış edirik. 
Jurnalın siyahısında ilk yerdə sahib olduğu “Facebook” sosial şəbəkəsinin səhmlərinin 99 faizini yeni doğulan qızının şərəfinə xeyriyyə təşkilatına bağışlamağa hazırlaşan 31 yaşlı Mark Zukerberq və onun həyat yoldaşı Pristilla Çan qərarlaşıb. 
Zukerberqin həyat yoldaşı Pristilla Çindən ABŞ-a mühacirət edən ailənin qızıdır. O, məktəblərdən birində biologiya müəlliməsi olaraq işləyib.

Harvard universitetinin hamam otağının qarşısında növbə zamanı Zukerberqlə tanış olan Pristilla ona ciddi və çalışqan insan təsiri bağışlayıb. O zaman proqramlaşdırmanın əsaslarını öyrənməyə başlayan Pristilla kömək üçün Marka müraciət edirdi.

10 il davam edən görüşlərdən sonra hər kəsin həsəd apardığı gənc milyarder 19 may 2012-ci ildə nikaha daxil olub. Dostlarını toyuna dəvət edən Mark onlara sözün əsl mənasında süpriz edib. Markın dəvətilə onun evinə gələn dostlar əslində toydan xəbərsiz olublar. Həddindən artıq sadə görkəmi ilə seçilən Zukerberqin xanımı makiyajdan istifadə etmir. Heç bir plastik əməliyyat etdirməyən Pristilla heç milyarder xanımına bənzəmir. O, qadınların böyük qismindən fərqli olaraq alış-verişi sevmir, brend geyimlər geyinmir. Mark etiraf edib ki, Pristilla onu bu sadəliyi ilə cəlb edib. 

 

Zukerberq və Pristilla

 

Təsəvvür edirsiniz? "Forbes" jurnalını açıb ərinizi dünyanın ən varlıları siyahısında görürsünüz. Amma Melinda Qeyts, demək olar ki, hər il əri Bill Qeytsi bu siyahıda görməyə adət edib.

Dostları "Microsoft" şirkətinin banisinin heç vaxt evlənməyəcəyini düşünürdülər. 
Kompüter elmləri və iqtisadiyyat sahəsində bakalavr dərəcəsini qazanan xanım Melinda "Micrasoft"da işə düzəlir.

Onunla Nyu-Yorkdakı mətbuat brifinqində rastlaşan Bill ilk olaraq onun ayaqqabılarına diqqət yetirib. 

Bil Qeyts həmişə inanıb ki, qadının ayaqqabılarının dabanı nə qədər hündürdürsə, o, bir o qədər dayaz düşüncəlidir. Altı düz ayaqqabı geyinən Melinda ona çox məntiqli və ağıllı təsir bağışlayıb.

1994-cü ildə Havay adalarında ailə həyatı quran cütlük 79.2 milyard dollar sərvətə sahibdir. Toy Billin həyatında idman köynəyini və cins şalvarını smokinqlə əvəz etdiyi nadir hadisə idi. Özü xeyriyyə fondu açan xanım Melinda xeyriyə işlərinə 24 milyard dollar pul xərcləyib.

 

Melinda və Bill Qeyts

 

Nümunəvi cütlüklər siyahısında 3-cü yerdə qərarlaşanların hekayəsi klassik Zoluşka nağılını xatırladır. Bunlar 72.7 mlrd. dollar sərvəti olan Uorren Baffit və xanımı Astrid Menksdir. 69 il əvvəl SSRİ-də anadan olan Astrid və onun ailəsi Latviyadan ABŞ-a köçüb. Erkən yaşlarında anasını itirən qızcığaz Nebraskdakı internat evlərindən birində böyüyüb. 32 yaşında heç bir karyerası və prespektivi olmadan restoranların birində ofisiant kimi çalışıb. 

Baffit birinci xanımından olan qızından 16 yaş böyük Astridlə elə bu restoranda tanış olub. Tezliklə Baffitin malikanəsinə köçən Astrid 29 ildir ki, onunla birlikdə yaşayır. 

 

Uorren Baffit və Astrid Menks


Amansio Orteqa və onun xanımı Flora Peres 64.5 milyard dollar sərvətlə "Forbes"in siyasında qərarlaşıb. 13 yaşında yoxsulluq ucbatından məktəbi atmağa məcbur olan Amansio köynək mağazasında kuryer kimi işləməyə başlayır.

Beləliklə "Zara" mağazalar şəbəkəsinin sahibin baş gicəlləndirən uğuru başlayıb.

Uğurlarının çoxunu ilk həyat yoldaşına borclu olan Orteqaya məhz Rozaliya 1972-ci ildə hamam xalatları və alt paltarları tikməyi təklif edib. Beləcə milyonlara sahib olan Rozaliya və Amansia 1986-cı ildə rəsmi olaraq ayrılıblar. Onların nikahının pozulmasına səbəb uzun müddətdir Orteqanın katibəsi kimi çalışan 1984-cü ildə nikahdan kənar oğlunu dünyaya gətirən Flora Pereslə olan eşq macərası oldu.

 

Amansio Orteqa və Flora Peres

 

LVMH şirkətinin sahibi Bernar Arnonun həyat yoldaşı Elen Mersie 37.2 mlrd.dollar sərvətlə "Forbes"in siyahısına daxildir. 

Belə bir ərə sahib olmaq hər moda sevər qadının arzusudur. Belə ki, Bernar Arno Fransanın ən zəngin insanı və Louis Vuittion Moet Hennessy, 60 lüks brendi birləşdirən Bulgari zərgərlik şirkətinin və Lois Vuitton, Dior, Givenchy, Kenzo, Fendi və başqa moda evlərinin sahibidr.

Arno ilə görüşənə qədər kanadalı pianoçu xanımın ağlına da gəlməzdi ki, o nə vaxtsa milyarder xanımı ola bilər. 1991-ci ildə ailə quran cütlüyün 3 uşağı var. Peşəkar musiqi ilə məşğul olan xanım 3 uşaq anası olsa da, bu onun karyerasına maneə törətmir.

 

Bernar Arnon və Elen Mersie

 

Amozon.com -un yaradıcısı Ceff Bezos və onun həyat yoldaşı Makkenzi Bezos 34.8 mlrd. dollar sərvətlə bu siyahıya daxil olub.

Hesab edirlər ki, planetin ən böyük internet mağazasını yaratmaq üçün məhz Makkenzi ərini ruhlandırıb. Makkenzi hələ tələbə vaxtı Ceffiyə yazıçı olmaq arzusunu demişdi. O vaxt proqramlaşdırma təhsili alan Bezos internet vasitəsilə kitab satışının əla biznes sahəsi olduğunu bildirdi. Beləcə onların hər ikisi arzularına çata bildilər. Ceff internet üzərindən etdiyi satışlardan ilk milyonunu qazandığı vaxt Makkenzi aldığı ABŞ kitab mükafatı hesabına “Lüter Olbraytın sınağı” adlı ilk romanını çapdan çıxarır.

 

Ceff Bezos və Makkenzi Bezoss

 

Larri Peyc və onun xanımı Lüsi Sautvort 29.7 mlrd. dollar sərvətə sahibdir. 

Larri Peyc öz işindən başqa heç bir şeyə marağı olmayan daha bir kompüter dahisidir. "Google" axtarış sisteminin yaradıcısı və rəhbəri olan Larri eyni zamanda hər yeddi insandan birinin sahib olduğu telefonlardakı Android sisteminin yaradıcısıdır. Onun nikah mərasimində ABŞ-ın keçmiş prezidenti Bill Klinton iştirak edib. Larrini virtual aləmdən çıxarıb real aləmə qaytaran 3 diplom sahibəsi elmlər doktoru və Stendfor Unveristetinin müəlliməsi 35 yaşlı Lüsi Sautvort oldu.

 

Larri Peyc və Lüsi Sautvort./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar