QIZIL XAÇ KOMİTƏSİ ƏSİRLƏRƏ GÖRÜŞÜB.
12.08.2014 1650 0
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılara baş çəkiblər.
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Qeyd edək ki, Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan
vətəndaşı Həsən Həsənov isə öldürülüb.
H. Həsənov Dağlıq Qarabağda dəfn edilib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər