Qızıl və gümüşü İran, bürüncü Oman idmançısı qazanıb
16.05.2017 725 0
“Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında daha bir yarışa yekun vurulub – kişilər arasında 50 metr məsafədən üç vəziyyətdə tüfənglə atəşaçmada İran idmançısı qalib gəlib.
İran yığmasının üzvü Pourya Norouziyan 454.6 xalla bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.
İkinci yeri onun komanda yoldaşı Xosseyin Bağeri tutub – gümüş mükafatçısı 451.1 xal toplamaqla qalibdən azacıq (3.5 xal) geri qalıb.
Bu nominasiyada bürünc medala Oman atıcısı Həmid Səid Əlxətiri yiyələnib – o, üç vəziyyətdə tüfənglə atəşaçmada hesabına 440.3 xal yazmağa müvəffəq olub.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər