ABŞ dollarının məzənnəsinin artması fonunda qızıl ucuzlaşıb.
Birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,09%, yaxud 1,6 ABŞ dolları ucuzlaşaraq, 1 unsiyası 1 820,15 ABŞ dollarına satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,94% artaraq, 1 unsiyası 22,858 ABŞ dolları təşkil edib.
ABŞ dollarının məzənnəsinin artması qızılın qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar qızılı satınalma üçün daha az əlçatan edir. ABŞ dollarının indeksi isə 0,19% artaraq, 95,58 bəndə çatıb.
Bu həftə ABŞ-da yanvar ayı üzrə inflyasiya səviyyəsi haqqında statistika açıqlanacaq. Ekspertlər illik inflyasiya səviyyəsinin 7%-dən 7,3%-dək sürətlənəcəyini gözləyirlər. Bu artım səviyyəsi 1982-ci ilin fevral ayından sonra rekord göstərici ola bilər. Bu halda daha yüksək inflyasiya qızılı satınalma üçün faydalı aktivə çevirir./report/