İkinci qızı olan valideynlərə mükafat veriləcək. Yeni doğulan uşaqların nisbətində oğlanların sayının qızları xeyli üstələməsi dövləti belə bir addım atmağa sövq edir. Artıq mükafatın məbləği və verilmə qaydaları ilə bağlı müəyyən təfərrüatlar da məlumdur.
Yeni doğulan qız uşaqlarının sayının azalması dövləti hərəkətə keçirdi. Belə ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət 2-ci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək.
Yeni mükafatlandırma sistemi 2015-2020-ci illər üçün nəzərdə tutulmuş "Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı"na daxil ediləcək. Bildirlib ki, ikinci qız dünyaya gəldikdə onunda adına bank hesabı açılır. Təklifdə qız ailələrinə mükafatın ya birdəfəlik, ya daki mərhələlərlə 18 yaşına kimi verilməsi nəzərdə tutulur.
Nazir açıqlamasında bildirib ki, yeni təkliflərdən biri də abortların ləğvi ilə bağlıdır . /xezerxeber.com/