Qırmızı lobya ən faydalı və qiymətli məhsullardan biridir. Bütün dünya mətbəxlərində geniş istifadə olunur və sevilir.
Lobyanı qidalanmaya daha tez-tez daxil edin. Bu, həm sağlamlığınız, həm də gözəlliyiniz üçün çox faydalıdır. Saglamolun.az-a istinadən qırmızı lobyanın faydaları oxuculara təqdim olunur.
Qırmızı lobyanın əsas faydaları arasında:
- B qrupu vitaminləri ilə zəngin olan qırmızı lobya dəri, immun və sinir sistemi üçün olduqca faydalıdır.
- Qırmızı lobya qidalı liflərlə zəngindir. Qidalı liflər xərçəngdən qoruyur, bağırsaqların fəaliyyətini stimullaşdırır, qəbizliyin qarşısını alır, qanda şəkərin və "pis" xolesterolun səviyyəsini aşağı salır, orqanizmi toksin və şlaklardan təmizləyir.
- Lobya zülallarla zəngindir. Zülallar orqanizmin əsas "tikinti materialıdır". Bu göstəriciyə görə lobya ət və balığa yaxınlaşır. Lobyada olan zülal orqanizm tərəfindən çox asan mənimsənilir.
- Mis və dəmirlə zəngin olan qırmızı lobya qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı çox faydalıdır.
- Qırmızı lobyada olan kükürd dərinin vəziyyətini yaxşılaşdırır.
- Qırmızı lobya antioksidant maddələrlə zəngindir. Bu maddələr orqanizmdə qocalma proseslərini ləngidir.
- Fol turşusu ilə zəngin olan qırmızı lobya hamilə qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlik zamanı bu vitaminin çatışmamazlığı döldə sinir sisteminin ağır inkişaf qüsurlarına səbəb olur.
- Kaliumla zəngin olan qırmızı lobya ürək və böyrəklər üçün olduqca faydalıdır, ödemləri azaldır, arterial təzyiqin tənzimlənməsinə kömək edir.
- Lobya çox tez toxluq hissi yaradır və bu səbəbdən arıqlamağa kömək edir. Lobyanın bu xüsusiyyəti müxtəlif pəhrizlər zamanı istifadə olunur. Hətta xüsusi lobya pəhrizi mövcuddur./lent.az/