Qırğızıstanın keçmiş prezidentinin müşaviri girov götürməkdə ittiham olunub
28.12.2019 525 0
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin müşaviri Kunduz Joldubayeva girov götürməkdə ittiham olunur.
Məlumata görə, bu barədə onun vəkili Zamir Jooşev deyib.
Z.Jooşev deyib ki, ona Koy-Taşdakı hadisələr zamanı girov götürmək və iğtişaş törətməkdə ittihamlar irəli sürülüb.
Onun sözlərinə görə, oxşar ittihamlar daha bir Atambayevin tərəfdaşına - keçmiş deputat Meerbek Miskenbayeva qarşı irəli sürülüb.
Vəkil əlavə edib ki, Pervomaiskiy Rayon Məhkəməsi Joldubayeva və Miskenbayev barəsində qətimkan tədbirini təyin edəcək./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər