Qırğızıstanda koalision hökumət yaradılıb
10.11.2016 535 0.0 0

Qırğızıstan parlamenti səs çoxluğu ilə ölkənin yeni hökumətinin tərkibini təsdiq edib.

 

Məlumata görə, hökumətə Sooronbay Jeenbekov başçılıq edəcək.

 

Qırğızıstan parlamentindəki çoxluğun formalaşdırdığı koalisiya hökumət rəhbəri vəzifəsinə sabiq baş nazir Jeenbekovun namizədliyini irəli sürmüşdü. Konstitusiyaya görə, baş nazirliyə namizədə parlamentə öz proqramını, hökumətin strukturu və tərkibini təqdim edir. Parlamentin təsdiqindən sonra baş nazir və onun kabineti seçilmiş hesab edilir.

 

Sooronbay Jeenbekovun təklif etdiyi tərkibə 120 yerlik parlamentin 112 üzvü müsbət rəy verib.

 

Koalision hökumətin tərkibində əvvəlki ilə müqayisədə ciddi dəyişiklik baş verməyib. Demək olar ki, bütün aparıcı nazirlər öz vəzifələrini saxlayıblar. Yalnız baş nazirin müavini Gülmira Kudayberdiyeva yeni hökumətdə təhsil naziri vəzifəsini tutub.

 

Qeyd edək ki, oktyabrın sonunda Qırğızıstan Sosial-Demokrat Partiyası parlament çoxluğundan çıxdığını və hökumətin buraxıldığını elan edib. Hökumətin formalaşdırılmasının əsasını təşkil edən koalisiya sazişi bununla öz qüvvəsini itirmiş olub. Bundan sonra prezident yeni hökumətin formalaşdırılması tapşırığını verib və yeni koalisiya yaradılıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar