Qırğızıstan prezidentinin müalicəsi Moskvada davam etdiriləcək
23.09.2016 558 0.0 0

Qırğızıstan prezidenti Almazbek Atambayev müalicəsini davam etdirmək üçün Moskvaya gedib.
 
Məlumata görə, Qırğızıstan prezidenti müalicəsini Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasında davam etdirəcək.
 
"Həkimlərin tövsiyyəsi və Rusiya tərəfinin dəvəti ilə Almazbek Atambayev sentyabrın 23-də ürəyində yaranmış ağrılarla müalicəni davam etdirmək üçün Rusiya prezidentinin İşlər İdarəsinin Mərkəzi Klinik Xəstəxanasına gəlib", - deyə Qırğızıstan dövlət başçısının mətbuat xidmətinin məlumatında qeyd olunub. 
 
A. Atambayevlə Qırğızıstan prezidenti işlər idarəsinin kliniki xəstəxanasının baş həkiminin müavini də Moskvaya gedib.
 
Qeyd edək ki, sentyabrın 20-də A. Atambayev BMT Baş Assambleyasının 71-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedərkən təyyarəyə minməmişdən öncə özünü pis hiss edib. Sinəsindəki ağrılardan şikayətlənən prezidentə ilkin tibbi yardım göstərən həkimlər onun hərtərəfli müayinədən keçməsini tövsiyə ediblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar