QHT-lərdən Prezidentə müraciət-Tofiq Yaqublu əfv olunsun
24.04.2015 644 0.0 0

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edən İnsan Hüquqları üzrə Birləşmiş Qrupda təmsil olunan qeyri-hökumət təşkilatlarının toplantısı keçirilib.

Bu barədə İnsan Hüquqları üzrə Birləşmiş Qrupda təmsil olunan hüquq müdafiəçisi Arzu Abdullayeva məlumat verib.
 
A. Abdullayevanın sözlərinə görə, toplantıda Birləşmiş Qrupda təmsil olunan 11 QHT-nin rəhbəri iştirak edib: “İclasda Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaya mayın sonunda əfvlə bağlı müraciət olunub. Müraciətdə NİDA hərəkatının üzvlərinin, Əli İnsanovun, İlqar Məmmədovun, Arif Yunusun, Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Hilal Məmmədovun, Xədicə İsmayılın və digərlərinin əfv olunması xahiş edilib. Daha bir müraciət isə Tofiq Yaqublunun əfv ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə ünvanlanıb. Biz istəyirik ki, Tofiq Yaqublu qızının yas mərasimindən sonra həbsxanaya geri dönməsin”.
 
Qeyd edək ki, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət İnsan Hüquqları üzrə Birləşmiş Qrup Azərbaycan prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edərək 2014-cü il oktyabrın 22-də ilk iclasını keçirib. Qrupun həmsədrləri Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Qrupun son iclası 9 aprel 2015-ci ildə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın xüsusi nümayəndəsi, AŞ-nin siyasi işlər üzrə şöbə müdiri Aleksander Gesselin iştirakı ilə keçirilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar