«Qazprom»dan «Türk axını» barədə iddialı açıqlama
09.06.2015 648 0.0 0
"Avropa Rusiya ilə nəinki "Türk axını" qaz kəmərini, hətta onun nəqletmə gücünün artırılması ilə bağlı müzakirələr aparmağa məcbur olacaq".

 

RİA "Novosti"yə istinadən verilən xəbərə görə, bu barədə Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyəti sədrinin müavini Aleksandr Medvedev bildirib.

 

"Hesab edirik ki, Avropada sağlam şüur üstün olacaq və biz avropalılarla "Türk axını" kəməri ilə təbii qazın nəqli barədə yox, həm də həcmin artırılması barədə danışacağıq", - deyə o bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar