"TMA-16M İttifaq" kosmik gəmisi üç kosmonavtla birlikdə Qazaxstanın Jezkazqani şəhərinin cənub-şərqində yerə müvəffəqiyyətlə eniş edib.
Məlumata görə, kosmik gəmidə qazaxstanlı Aydın Aimbetov, rusiyalı Qenadi Padalka və danimarkalı Andreas Moqensen olub. Uçuşların idarə mərkəzinin açıqlamasında bildirilir ki, səfərdən qayıdan kosmonavtlar artıq kosmik gəminin içərisindən uğurla çıxarlıb.
“Onlar müayinə edilmək üçün həkim yoxlanışından kəçəcəklər. Daha sonra kosmonavtlar Qazaxstan rəhbərliyi ilə görüşmək üçün paytaxt Astanaya uçacaqlar.”-deyə mərkəzdən bildirlib.
Andreas Moqensen-Uğurla yerə qayıdan danimarkalı kosmonavt
Bu kosmik ucuş digərlərindən bəzi fərqlilikləri ilə yadda qaldı. Uçuşu fərqli edən amillərdən biri Qazaxstanın müstəqillik dövrünün ilk kosmomavtının yerə uğurlu enişidir.
Aydın Aimbetov Qazaxstanın müstəqillik dövrünün ilk kosmonavtı kimi tarixə adını yazdırdı.
Aydın Aimbetov-Müstəqil Qazaxstanın ilk kosmonavtı
Digər bir fərqli məqam isə rusiyalı kosmonavt Qenadi Padalkanın kosmosda qalma müddətinə görə dünya rekordu (ümumilikdə 877 gün) qırmasıdır. Bu Qenadi Padalkanın 5-ci kosmik uçuşudur.
Qenadi Padalka Kosmosda ən çox qalan insan
Qenadidən əvvəl isə onun həmyerlisi kosmonavt Serqey Krikalev 803 "kosmik" günlə dünya rekordçusu idi.
Kosmik enişin həyata keçirildiyi Karaqanda regionu/anspress/