«Qazaxlı Alik» iki qardaşı bıçaqlayıb
18.07.2016 911 0.0 0

Tanınmış Qarabağ döyüşçüsü adam bıçaqlayıb.

 

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb. Kənd sakini Alik Muradov aralarında yaranmış mübahisə zəminində həmyerliləri, Sərdar Əliyevi və onun qardaşı Babək Əliyevi bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Hadisəni törədən A. Muradov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Qeyd edək ki, hadisəni törədən Alik Muradov Qarabağ müharibəsinin iştirakçısıdır. O, “Qazaxlı Alik” ləqəbi ilə məşhurdur./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar