Qazaxıstanda sutka ərzində ikinci zəlzələ baş verib
19.02.2018 831 0
Fevralın 19-da, yerli vaxtla saat 07.01-də Qazaxıstanın şərqində 4,0 bal gücündə zəlzələ baş verib.
Məlumata görə, bu barədə Avropa Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yeraltı təkanların episentri Təkəli şəhərindən 69 km cənubda, ocağı isə 1 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.
Qeyd edək ki, ötən gün Qazaxıstanın şərqində 4,7 bal gücündə zəlzələ qeydə alınıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər