«Qazaxıstanda «rəngli inqilab» əlamətləri var»
08.06.2016 578 0.0 0

“Qazaxıstanda "rəngli inqilabın" həyata keçirilməsinin əlamətləri var. Aktobe şəhərində və Qazaxıstanın qərbində həyata keçirilən hücumları təşkil edənlər xaricdən göstəriş alıblar. Hücumlar radikal dini cərəyanlar tərəfindən təşkil edilib”.

Məlumata görə, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirir.


Prezident Nursultan Nazarbayevin adından yayılan bəyanatda bildirilir ki, “rəngli inqilablar” adətən uydurulmuş mitinqlərdən, qətllərdən və hakimiyyət çevrilişlərindən başlayır.

Nazarbayev xatırladıb ki, dünyanın hansı ölkəsində bu tipli inqilablar baş verib, orada yoxsulluq, banditizm və qeyri-sabitlik hökm sürür. “Həmin yerlərdə dövlət yoxdur. Belə hallar terrorçuluğun genişlənməsinə şərait yaradıb”. 

Nursultan Nazarbayev deyib ki, hakimiyyət terrorçuların və silahlıların qarşısını almaq üçün ən sərt tədbirləri görəcək. 

Bu gün Qazaxıstanda  daha bir  terror aktı baş verib.  Silahlı hücum Aktyubinsk vilayətində yerləşən pioner düşərgəsinə təşkil edilib.

Həmçinin bundan əvvəl də Qazaxıstanda bir neçə dəfə terror hadisəsi baş verib.  Ölkənin Aktobe şəhərində ilk terror hücumu iyunun 5-də olub. Silahlılar iki silah mağazasına və hərbi hissəyə hücum ediblər. Nəticədə 17 nəfər dünyasını dəyişib. Onlardan 11-i cinayətkar dəstənin üzvləri, 3-ü hərbçi, bir nəfər silah mağazasının satıcısı, daha bir nəfər isə silah mağazasına gələn şəxs olub.

 

 

Qazaxıstanda anti-terror əməliyyatı

Qanlı hadisələr zamanı yaralananların sayının 22 nəfərə çatdığı bildirilir. Silahlı hücumlarla bağlı məsuliyyəti "Qazaxıstan azadlıq ordusu" öz üzərinə götürüb.  Ötən gün keçirilən əməliyyat zamanı terrorçulardan daha 13 nəfər öldürülüb. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar