Qazaxıstanda öldürülən terrorçuların sayı 13 nəfərə çatıb
07.06.2016 480 0
Qazaxıstanın Aktobe şəhərində baş vermiş terror hücumları zamanı öldürülən ekstremistlərin sayı 13 nəfərə çatıb.
“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat katibi Almas Saudabayev deyib. O bildirib ki, daha 4 ekstremist yaralanıb, 7 nəfər isə axtarışdadır: “Ölkənin daxili işlər orqanlarının bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışır. Şəhərdə və ümumilikdə respublika ərazisində vəziyyət stabil və nəzarət altındadır”.
Xatırladaq ki, iyunun 5-də Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum edilib. Atışma zamanı 3 nəfər dinc sakin və 3 hərbçi həlak olub./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər