Qazaxıstanda növbəti antiterror əməliyyatı
10.06.2016 725 0.0 0

Qazaxıstanın Aktobe şəhərində keçirilən əməliyyat zamanı 5 terrorçu zərərsizləşdirilib.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi xəbər yayıb.

 

Yaşayış binasında gizlənən ekstremistlər ciddi silahlı müqavimət göstəriblər. Polislər terrorçuları silahı yerə qoymağa razı salmağa çalışsalar da, bunun nəticəsi olmayıb. Atışma zamanı 4 terrorçu zərərsizləşdirilib.

 

Digər terrorçu isə patrul maşınına atəş açarkən öldürülüb. İki polis əməkdaşı yüngül xəsarət alıb.

 

Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində bir qrup terrorçu 2 silah dükanına və hərbi hissəyə hücum edib. Nəticədə 3 dinc sakin və 3 hərbçi həlak olub. 18 ekstremist öldürülüb, 14-ü yaralanıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar