Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir
26.04.2015 756 0.0 0

Qazaxıstanda bu gün yerli vaxtla 07.00-dan (Bakı vaxtı ilə 06.00) növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, 20.00-dək davam edəcək səsvermə vaxt fərqi olduğundan ölkənin 4 bölgəsində - Qərbi Qazaxıstan, Atırau, Aktyubinsk və Manqistaus vilayətlərində 1 saat gec başlayıb.   
 
Hazırkı seçkilər  Qazaxıstanda sayca beşincidir.  Prezidenti vəzifəsi uğrunda üç namizəd – 1989-cu ildən hakimiyyətdə olan hazırkı dövlət başçısı Nursultan Nazarbayev,  Qazaxıstan Xalq Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Turqun Sızdıkov və  Qazaxıstan Həmkarlar Federasiyasının rəhbəri Abelqazi Kusainov mübarizə aparır.
 
Qeyd edək ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ictimai təşkilatların və ölkə vətəndaşlarının çoxsaylı müraciətləri əsasında verilib. Qərar dünyada mürəkkəb iqtisadi vəziyyət və prezident seçkilərinin 2016-cı ilə planlaşdırılmış parlament seçkiləri ilə bir vaxtda  düşməsi ilə əlaqədar verilib.
 
 
 Bundan əvvəl 2011-ci ilin aprelin 3-də keçirilən  prezident seçkiləri də növbədənkənar olub.  Səsvermənin nəticələrinə əsasən Nursultan Nazarbayev 95,55 faiz toplamışdı. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar