Bu gün səhər saatlarında Qazaxıstanda Milli Mətbuat Klubunun prezidenti Seytkazı Matayev və KazTAQ informasiya agentliyinin baş direktoru Aset Matayev saxlanılıb.
“RİA Novosti-Kazaxstan” agentliyinə istinadən verilən xəbərə görə, “Adil söz” fondunun bununla bağlı yaydığı məlumatda bildirilir ki, S. Matayev milyonlarla dollar dövlət vəsaitini mənimsəməkdə və Almatıda Milli Mətbuat Klubunun binasını qanunsuz bərpa etməkdə təqsirli bilinir.
A.Matayev isə dövlət informasiya sifarişini həyata keçirərkən milyonlarla vəsaiti mənimsəməkdə günahlandırılır.
“İşlə bağlı vəziyyət onu deməyə əsas verir ki, onların saxlanılmasının real səbəbi açıq müzakirə meydanını məhdudlaşdırmaları, KazTAQ agentliyinin informasiyalarına gizli dövlət nəzarəti həyata keçirmək və Qazaxıstan Jurnalistlər İttifaqının ictimai fəallığını azaltmaqdır”,- deyə fondun yaydığı press-relizdə bildirilir./apa/