Qardaşın bacısını öldürməsinin təfərrüatı məlum olub
23.01.2017 1225 0.0 0

Şamaxı rayonunda ailə münaqişəsi zəminində törədilən qətli təfərrüatları məlum olub.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, Şamaxı şəhərinin Seyid Əzim Şirvani küçəsində qətlin qısqanclıq zəminində törədildiyi müəyyənləşib.

 

Yerli sakinlərin dediyinə görə, ailəli olan Yasəmən Arzuxanova həyat yoldaşı mübahisə etdikdən sonra Bakıya gəlib. Bundan qəzəblənən Rafael Yolçuyev bacısını Bakıdan apararaq, qətlə yetirib və polisə könüllü təslim olub.

 

Qadının iki övladı qalıb.

***

10:50

 

Şamaxı rayonunda dəhşətli qətl hadisəsi törədilib.

 

APA-nın xəbərinə görə, hadisə bu gün səhər saatlarında Şamaxı şəhərində qeydə alınıb.

 

Şamaxı sakini, 1977-ci il təvəllüdlü Yolçuyev Rafael Səbrxan oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı bacısı, 1981-ci il təvəllüdlü Arzuxanova Yasəmən Səbrxan qızını boğaraq öldürüb.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

 

Qətli törədən şəxs tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar