Qardaşı Obamaya xəyanət etdi
19.10.2016 637 0.0 0

ABŞ Prezidenti Barak Obamanın ögey qardaşı Malik Obama Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləyəcəyini deyib.

 

Məlumata görə, Malik Obama bunun üçün Las-Veqasda namizədlərin debatlarını izləməyə gedəcək.

 

Prezidentin qardaşı bildirib ki, o, Trampın ətrafında baş verən qalmaqallara inanmır.

 

“Mən debatlarda iştirak edəcəyim üçün çox şadam. Tramp Amerikanı yenidən böyük edə bilər”, - Malik Obama deyib.

 

Donald Tramp da Obamanın qardaşının fikirlərinə biganə yanaşmayıb. Bildirib ki, Maliklə görüşü səbirsizliklə gözləyir./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar