Qaraçay çayı daşıb, Göranboyda 10 kəndi su basıb
26.10.2016 685 0
Azərbaycanda yağan intensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb.
Məlumata görə, leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb.
Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb.
Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür./report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər