Qarabağda vəziyyət gərginləşə bilər
29.06.2016 940 0.0 0

"Dağlıq Qarabağda gərginliyin azaldılması üçün ATƏT sədrliyi məsuliyyət daşıyır”. Məlumata görə, bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Cənubi Qafqaza səfərə çıxmazdan əvvəl jurnalistlərə verdiyi açıqlamada deyib.


O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin eskalasiya potensialı var.

“Almaniyanın ATƏT-ə sədrliyi dövründə biz atəşkəs rejiminin möhkəmləndirilməsi, etimadın yaradılması və tez bir zamanda danışıqların başlanması yolu ilə belə təhlükələrin azaldılması üçün məsuliyyət daşıyırıq”.

ATƏT sədrinin bu gün regiona səfəri başlayır. Bu gün o, Ermənistanda rəsmi görüşlər keçirəcək. Sabah isə ATƏT sədri Azərbaycana gələcək. Ştaynmayer hər iki ölkədə keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları əsas müzakirə mövzusu olacaq.

Bir neçə gün əvvəl Frank-Valter Ştaynmayerin regiona səfəri zamanı Dağlıq Qarabağa gedəcəyi barədə məlumat yayılmışdı. Amma həmin xəbərlər hələ ki, öz təsdiqini tapıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar