Demək olar ki, 30 ilə yaxındir ki, Cənubi Qafqazda Böyük Avropanın nizamlanmamış münaqişələri arasında ən təhlükəli olan Dağlıq Qarabağ münaqişəsi "mürgüləyir".
Məlumata görə, bu barədə britaniyalı jurnalist, Karneqi Beynəlxalq Sülh Fondunun təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın "The New York Times" qəzetində dərc olunan məqaləsində deyilir.
Politoloq xatırladır ki, 1980-ci illərdə bu region SSRİ-nin ilk və sənunci prezidenti Mixail Qorbaçovu dalana dirədi, 1990-cı illərdə isə regionda 20 min insan dünyasını dəyişdi, 1 miliyondan artıq insan qaçqın vəziyyətinə düşdü, 1994-cü ildə isə Ermənistan Azərbaycana qalib gəldi və iki ölkə arasında atəşkəs barədə razılıq əldə olundu, amma bu, tam sülh müqaviləsi olmadı.
Ötən həftə Dağlıq Qarabağ dünyaya özünü xatırlatdı: görünür, müharibə edən tərəflərdən biri - böyük ehtimalla Azərbaycan - qərar verdi ki, vəziyyəti dəyişsin.
Tomas de Vaal - Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə britaniyalı mütəxəssis
"Dağlıq Qarabağda yeni gemişmiqyaslı münaqişə əsl dəhşət ola bilərdi. Belə ki, hər iki tərəfdə yeni silahlar var, böyük ehtimalla onlarla gənc insan dünyasını dəyişəcək. Onsuzda münasibətləri gərgin olan Türkiyə və Rusiya regionda müharibəyə cəlb oluna bilərlər. Regionda böyük əməliyyatların başlaması Gürcüstan, İran və Şimali Qafqazda (Rusiya) sabitliyi pozacaq. Eyni zamanda Xəzər dənizindən başlayan neft və qaz boru kəmərləri təhlükə altına düşəcək", - Tomas de Vaal yazır.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ümidverici məqam ondan ibarətdir ki, artıq danışıqlar prosesi başlayıb. Politoloq bildirib ki, əslində müanqişə ilə bağlı sülh planı mövcuddur.
"Belə ki, Ermənistan silahlı bölmələri tərəfindən işğal edilən torpaqlar Azərbaycana qaytarılacaq. Azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma torpaqlarına qayıdacaq. Bununla barəbər, Azərbaycan tərəfi Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyi təmin edəcək", - Vaal yazır.
Sülh planının həyata keçirilməsi üçün kifayət qədər siyasi iradənin olmadığını deyən britaniyalı mütəxəssis deyir ki, beynəlxalq ictimaiyyət münaqişənin nizamlanması üçün kifayət qədər addım atmır.
Azərbaycan Ordusunun döyüş maşını cəbhə bölgəsində
"Ötən həftədən həmsədrlər danışıqlar prosesinin davam etdirilməsinə dəstək verirlər. Amma onlar daha çox "çemodan diplomatiyası" yürüdürlər - regiona gəlib-gedirlər, başqa heç nə. Bu münaqişəni həll etmək üçün Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın birgə səyləri ilə kompleks beynəlxalq sülhməramlı əməliyyatlara start verilməlidir. bu çox ciddi çağırışdır. Amma Cənubi Qafqazda fəlakət gətirən müharibənin yanında heçdir. Nə qədər ki, gec deyil, münaqişə böyük dövlətlərin fəaliyyəti nəticəsində sülh yolu ilə həllini tapmalıdır", - məqalədə deyilir./anspress/