Qarabağda Ermənistan ordusunun əsgəri işgəncə ilə öldürüldü
06.09.2016 926 0.0 0

Azərbaycanın işğal altında olan ərazisində Ermənistan ordusunun əsgərinin üzərindən çoxlu qara qançırlar aşkarlanıb.

"news.am"a istinadən xəbər verilir ki, bu haqda məhkəmə tibbi ekspertizasının rəyində bildirilib.

Məlumata görə, ekspertiza ölümün güllə yarasından baş verdiyini təsdiqləyib.

İnformasiyaya əsasən, bu il iyunun 17-də meyiti idman meydançasında aşkarlanan Qrant Qriqoryanın atası Qaruş Qriqoryan cəsədin üzərində çoxlu sayda qara qançırların olduğunu söyləyib: "Dirsəkdən yuxarı hissəsi göm-göy idi. Görünür, onun qollarını sıxıblar".

Xəbərdə bildirilib ki, bu hadisə ilə bağlı "ölüm həddinə çatdırma" maddəsi ilə cinayət işi açılıb. Onun komandiri V.Balayan həbs edilib. Tağım başçısına qarşı tabeçiliyində olanları "döymə və təhqir etmə" maddələri əsasında ittiham irəli sürülüb.

Qeyd edək ki, bu il iyunun 17-də Azərbaycanın işğal altında olan torpaqlarında 1997-ci ildə anadan olmuş 1Qrant Qaruşeviç Qriqoryan odlu silahdan açılan atəş nəticəsində öldüyü barədə xəbər yayılmışdı. Xəbərə görə, hadisə idman meydançasında baş verib. O vaxt hadisənin naməlum səbəbdən baş verdiyi bildirilmişdi. /report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar