Ermənistan ordusunun muzdlusu Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsində yaralanıb.
Məlumata görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “News.am” saytı erməni muzdlunun Azərbaycan silahlı qüvvələri tərəfindən yaralandığını bildirib.
Saytın yazdığına görə, yaralanan muzdlu Ermənistanın Gürcüstanla sərhəddə yerləşən Stepanavan rayonunun Kurtan kəndinin sakini, 38 yaşlı Samvel Xarazyandır. O, ayağından yara alıb. Bu barədə Kurtan kəndinin kəndxudası Mqer Gevorkyan xəbər verib.
Samvel Xarazyan sosial şəbəkədə mütəmadi olaraq Azərbaycanın işğal edilmiş ərazilərinin fonunda şəkillərini yayırdı.
Samvel Xarazyan
Bu gün cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus 2 ədəd "Krunk-25" taktiki pilotsuz uçuş aparatı (PUA) Hava Hücumundan Müdafiə bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəş nəticəsində məhv edilib./anspress/