Qarabağa köçən rusiyalı milyarder haqda şok iddia (FOTO, AUDİO YAZI)
07.07.2015 978 0.0 0

 

 

Rusiyanın ilk milyarderlərindən biri, ölkənin ən qeyri-adi sahibkarı, məşhur fermer German Sterliqovun həbs oluna bilər.

Məlumata görə, bu barədə tanınmış vəkil Aleksey Sklyarenko açıqlama verib. Onun sözlərinə görə, ekstremist BORN təşkilatının (Rusiya millətçilərinin döyüş təşkilatı) təsisçilərindən biri Nikita Tixanov vəkil Markelova və jurnalist Baburovun qətlinə görə özmürlük azadlıqdan məhrum edilib.

Rusiya mətbuatına açıqlama verən Tixanovun vəkili Sklyarenko bildirib ki, BORN təşkilatının üzvü olan Sterliqovun yuxarıda qeyd edilən cinayət işində "əli"nin olduğu sübuta yetirilərsə, milyarder 15 il azadlıqdan məhrum edilə bilər.

Məsələ burasındadır ki, ömürlük həbsə məhkum edilən Tixanov polisə ifadə verərkən bildirib ki, Sterliqov ekstremistlərin fəaliyyətini maliyyələşdirir. Bundan başqa Qarabağa köçən milyarder ekstremistləri döyüş təlimləri üçün meydançalarla təmin edib.

 

Ömürlük həbs edilən ekstremist Nikita Tixonov

 

 

"Bütün bu faktlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və Sterliqov barədə qərar qəbul edəcək", - Sklyarenko deyib.

Rusiyalı milyarder Qarabağa köçdü (FOTO)

German Sterliqovun vəkili Artur Ayrapetov bəyan edib ki, bəzi qüvvələrin onun müvəkkilinə böhtan atırlar. "Sterliqov haqqında media vasitəsilə mənfi imic formalaşdırmağa çalıırlar"./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar