Yanvarın 24-dən işğaldan azad edilmiş ərazilərə marşrut avtobusları təşkil olunacaq.
Məlumata görə, artıq səfərə hazırlaşanlar arasında biletini əldə edənlər də var.
Bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Məlum olub ki, Bakıdan Şuşaya gedən vətəndaş saat 05:30-da Bakı Beynəlxalq Avtovağzal Kompleksində olmalıdır. Minik vaxtı bu saata təsadüf edir, bir saat sonra isə səyahət başlayır.
Sərnişinlər Şuşaya “Mercedens-Benz Travego” avtobusu ilə yola düşəcək.
İstiqamət kimi isə Şuşanın köhnə avtovağzalı qeyd olunub.
Biletləri yolumuzqarabaga.az saytından əldə edə bilərsiniz.
Müəyyən edilmiş qaydalara görə, Əhmədbəyli-Şuşa üzrə həftədə 4 dəfə, digər istiqamətlərdə isə həftədə 2 dəfə olacaq.
Qeyd edək ki, biletlərin bir tərəf üçün qiyməti Bakı-Şuşa - 10.40 AZN, Bakı-Ağdam - 9.40 AZN, Əhmədbəyli-Şuşa - 7 AZN, Bərdə-Ağdam- 5 AZN, Füzuli Beynəlxalq Hava Limanı-Şuşa - 6 AZN-dir.
Müəyyən edilən qiymətlər yalnız bir istiqamətədir. Vətəndaşlar gediş-gəliş biletlərini eyni vaxtda almalıdılar./Trend/