Qarabağ müharibəsində Rusiya ittihamı
02.03.2016 758 0.0 0

“Qərbin Ukraynaya maliyyə köməyi etməsi və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ilə əsas geosiyasi münaqişə həll edilmir”.Məlumata görə, bu barədə "Narıncı inqilab" lideri, Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko müsahibəsində bildirib.

"Qarabağ müharibəsində bir təcavüzkar var - Rusiya"
"Bu gün ən aktual geosiyasi sual hansıdır? Ərazi bütövlüyünün və ölkənin siyasi müstəqilliyinin itməsi və Avropa mərkəzində müharibə. Hamı çoxdan əmin olub ki, Dağlıq Qarabağ müharibəsində, Abxaziya, Pridnestrovye, Cənubi Osetiya, Krım, Donbasda baş verənlərdə eyni təcavüzkar - Rusiyadır. Hər yerdə yalnız Rusiya", - deyə Ukraynanın eks prezidenti qeyd edib.

 

Viktor Yuşşenko

"Postsovet məkanında heç bir münaqişədə - Dağlıq Qarabağdan Cənubi Osetiyaya qədər - Ukrayna vəziyyətində nəzərdə tutulmuş mexanizmlər deyil. Nə Gürcüstan belə zəmanətlərə malik deyildi, nə Azərbaycan, nə Moldova - heç kəs. Sizə elə gəlmir ki, bu bir qapıya aparılan oyundur?" - deyə Yuşşenko bildirib.

O həmçinin vurğulayıb ki, Ukraynada ən mürəkkəb milli iqlim yaranıb və belə ölkəni islah etmək inanılmaz dərəcədə çətindir. Bundan başqa Yuşenko qeyd edib ki, tarixən 350 il Ukraynanın milliliyi müntəzəm olaraq məhv edilib.

Qeyd edək ki, Ukraynanın üçüncü prezidenti olan Viktor Yuşşenko 2005-2010-cu illərdə ölkəyə rəhbərlik edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar