“QARABAĞ” KUBUNUN PLANINI KİM "ÖTÜRÜB"-?
“Oyunumuz alınmadi. Məcburi dəyişikliklərə görə oyun planınımız pozuldu. Bəzi futbolçulardan narazı qaldım. Rəqib də yaxsı oynadı. Onları təbrik edirəm, bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Biz isə Avroliqanı gözləyirik”
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin “Zalsburq”la cavab oyunundan 0:2 hesabı ilə uduzduqdan sonra keçirilən mətbuat konfransında bu sözləri deyib.Daha sonra o,beş müdafiəçi ilə oynayacağımız haqda “Zalsburq”a əvvəlcədən məlumat ötürülmüşdü deyə bildirib.Hakimin bəzi qərarları ilə razılaşmadığını, ancaq bu haqda danışmağın mənasız olduğunu bildirən baş məşqçi birinci qolda İlqar Qurbanov zədələndiyi üçün meydanın kənarında olduğuna diqqət çəkib. Namiq Yusifovu onun əvəzinə meydana buraxmaq istəsəm də, hakim buna icazə vermədiyini bildirb. Ona görə hakimə etiraz etdim. Digər epizodda isə hakim Çumbinyonun hərəkətini qayda pozuntusu kimi qiymətləndirdi. Ancaq oyunu saxlamaya bilərdi. İndi bunları danışmağın mənası yoxdur".
Q.Qurbanov rəqibin "Qarabağ"ın oyun planından əvvəlcədən xəbərdar olduğunu deyib: “Rəqib bilirdi ki, beş müdafiəçi ilə oynayacağıq. Onlara bu haqda əvvəlcədən məlumat ötürüldüyünü bildirib.