Qarabağ haqda təcili bəyanat
06.03.2015 1165 0.0 0

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç Qarabağ münaqişəsindən danışıb.

Məlumata görə, Aleksandr Lukaşeviç son günlər atəşkəsin intensiv şəkildə pozulmasından narahatlıq ifadə edib: 

“Vəziyyət qeyri-sabit olaraq qalır. İlin əvvəlindən müşahidə olunan gərginlikdən sonra, fevralın ikinci yarısında bir qədər sakitlik yaranmışdı. Tərəflərin nümayəndələri fevralın 20-də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kaspşikin qrupu tərəfindən keçirilmiş monitorinqdə bu faktı etiraf etmişlər. Lakin martın ilk günlərində alınmış son məlumatlar atəşkəs rejiminin pozulması hallarının yenidən kəskinləşməsinə dəlalət edir. Təəssüf ki, həlak olanlar da var”.

A.Lukaşeviç qeyd edib ki, martın 4-də A.Kaspşik qoşunların təmas xəttində monitorinq keçirib. RF xarici siyasət idarəsinin rəsmi nümayəndəsi vurğulayıb: “Müvafiq məruzə hazırlanacaq. Güman edirəm ki, vəziyyət barədə daha ətraflı məlumatları ATƏT-in monitorlarından almaq mümkün olacaq”.

Rusiya XİN nümayəndəsi münaqişə tərəflərini təmkin nümayiş etdirməyə, gərginliyin daha da artmasına səbəb ola biləcək hərəkətlərə yol verməməyə, 2014-cü il avqustun 10-da Soçidə keçirilmiş sammitdə bəyan edildiyi kimi, münaqişənin dinc yolla tənzimlənməsinə çalışmağa çağırıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar