«Qarabağ» FK təcili bəyanat yaydı
17.02.2015 1101 0.0 0

"Qarabağ" Futbol Klubu məlumat yaydı.Məlumatda deyilir ki, Avropa Liqasının qrup mərəhələsinin VI turunda baş tutan `Qarabağ` (Azərbaycan) - `İnter` (İtaliya) görüşündə əlavə olunmuş 4-cü dəqiqədə komandamız qol vursa da, oyunu idarə edən hakimlər briqadası qolu hesaba almamış, nəticədə komandamız yarışda mübarizəni dayandırmışdı.

Baş vermiş bu haqsızlıq milyonlarla futbolsevərimizi üzməklə yanaşı `Qarabağ`ın haqqının qorunması yönündə bütünləşməyə gətirmişdir. `Qarabağ`ın haqlı qələbəsinin əlindən alınmasına Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də biganə qalmamış,   zati-aliləri `Qarabağ` komandasını qəbul etməklə verdiyi dəstəyi , komandanın yanında olduğunu nümayiş etdirmişdir. Təsadüfi deyil ki,  görüş zamanı daim Azərbaycan idmanından  diqqət və qayğısını əsirgəməyən dövlət başçısı hər nə qədər `Qarabağ` qrup mərəhələsində mübarizəni dayandırsa da,  möhtərəm prezidentimiz  `Qarabağ`ı  qalib saydığını bildirmiş və  Qrup mərhələsini adlayacağı halda UEFA tərəfindən veriləcək mükafatı  `Qarabağ`ımıza hədiyyə olaraq təqdim etmişdir. Prezidentimiz  həmin mükafatı  zati-alilərinin humanistliyi, idmana qayğısı fonunda `Qarabağ`-ın inkişafı, yeni-yeni idman uğurlarının qazanılması yönündə böyük motivasiya olmuşdur.

`Qarabağ`ımızın vitse-prezidenti Tahir Gözel elə ilk gündən baş verən haqsızlığa biganə qalmamış, başqanımız  milyonlarla insanımızın üzüntüsünü, ədalətsizliyə hayqırışının müvafiq qurumlara çatdırmaq üçün İsveçrəyə yollanmış, UEFA-nın yarışların keçirilməsi üzrə direktoru Giorgi Marçetti ilə görüşmüşdür.  Başqanımızın israrla `Qarabağ`ın haqqını tələb etməsi, oyunun yenidən keçirilməsi və ya nəticənin dəyişdirilməsinin mümkünsüzlüyü fonunda hakimlərin cəzalandırılması tələbi  UEFA funksioneri tərəfindən haqlı irad olaraq dəyərləndirilmişdir.

Türkiyədən idman məsələləri üzrə ixtisaslaşmış vəkil  Gurur Gaye  Günal  `Qarabağ`ın səlahiyyətli nümayəndəsi kimi bu məsələyə cəlb olunmuş və olay UEFA-nın məhkəməsinə qədər daşınmışdır.

Vəkilimizin israrları və təkidləri sayəsində Fevralın ayının 5-nə təyin olunmuş məhkəmədə  `Qarabağ` FK-rəhbərliyinin eləcə də coxmilyonlu ictimayyətin tələbi  - `Qarabağ`ın lehinə qərar qəbul olunması yönündə hər kəsin ortaq mövqeyinə rəğmən lazımi qərarın verilməməsi belə fikrimizdən döndərməmiş və   vəkilimiz yenidən qərardan şikayət olunmasıyla bağlı vəsadət qaldırmışdır.

Və bugün gözlənilən qərar açıqlandı. Düzdü, gözlənildiyi kimi oyun yenidən keçirilməsi haqqında qəbul olunmadı. Amma, baş tutan iclasın yekununda açıqlanan qərarda hakimin oyunda fərdi xəta reallaşdırdığını bildirilmişdir. Hər nə qədər `Qarabağ`ın təmiz qol vurması hakim qərarıyla əngəllənsə də  bunun oyun qaydalarının pozulmasıyla uzlaşmadığı ifadə olunmuşdur. Belə də oyunun nəticəsi dəyişdirilməsə də, hakimin cəzalandırılması yönündəki tələbimiz reallaşmışdır. Belə ki, məhkəmədə hakimin cəzalanması hakimlərlə bağlı müvafiq  qurum tərəfindən veriləcəyi bildirilmişdir.

Beləliklə, `Qarabağ` FK rəhbərliyi, ölkə ictimayyətinin birgə səyi nəticəsində hakimlərin cəzalanması yönündəki fəaliyyətimiz öz bəhrəsini vermişdir. Hakimlərin cəzalanmasıyla bağlı verilmiş qərar hamımızın uğuru, qələbəsidi...


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar