«Qarabağ» «Anderlext»i məğlub etdi - VİDEO
02.10.2015 773 0
Təmsilçimiz qrup ikinciliyinə yüksəldi.
UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunları keçirilib.
Məlumata görə, təmilçimiz “Qarabağ” bu mərhələdə doğma meydanda Belçikanın “Anderlext” klubunu qəbul edib və minimal hesabla (1:0) qalib gəlib.
Yeganə qolu qarşılaşmanın 36-cı dəqiqəsində Riçard Almeyda vurub.
Bu qrupun digər oyununda “Monako” “Tottenhem” ilə 1:1 hesablı bərabərliyə qalıb.
İki turdan sonra J qrupunda vəziyyət belədir:
1. “Tottenhem” (İngiltərə) - 4 xal
2. “Qarabağ” (Azərbaycan) - 3 xal
3. “Monako” (Fransa) - 2 xal
4. “Anderlext” (Belçika) -1 xal./oxu.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər