«Qara qutu» Putinin əlində qaldı
11.12.2015 1059 0.0 0

Dəvət olunan bütün ölkələr Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulan Su-24 təyyarəsinin bort registratorunun (“qara qutu”) açılmasında iştirakdan imtina ediblər.

 

Qazeta.info Publika.az istinadla xəbər verir ki, əcnəbi mütəxəssislər Rusiya Prezidenti Vladimir Putinin təklifini qəbul etməyiblər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin təklifinə heç bir ölkədən cavab gəlmədiyini bildirib.

 

Qeyd edək ki, Rusiya prezidenti “qara qutu”nun beynəlxalq ekspertlərin iştirakı olmadan açılmaması barədə təlimat verib. Müdafiə naziri Sergey Şoyqu dövlət başçısının tapşırığı ilə “qara qutu”nu araşdırmaq üçün müxtəlif ölkələrə dəvət məktubu göndərib.

 

Dmitri Peskov hansı ölkələrə dəvət məktubunun göndərildiyini açıqlamayıb.

 

Xatırladaq ki, Su-24 təyyarəsi noyabrın 24-də vurulub. Ankara təyyarənin Türkiyənin hava məkanını pozduğunu bildirib. Moskva isə iddia edir ki, Su-24 Suriyanın hava sahəsində vurulub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar